“EuroHome”dakı yanğın zamanı 13 nəfərə tibbi yardım edilib
10 Dek 2019 16:22
139

“EuroHome”dakı yanğın zamanı 13 nəfərə tibbi yardım edilib

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı daha bir açıqlama yayıb.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub:

“Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yara diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib”.

Rəsmi məlumata görə, hazırda ərazidə 2 təcili tibbi yardım briqadası var.

Oxşar xəbərlər