Evdə demək olar ki, hər kəsin istifadə etdiyi plastik paltar asqılarının kənarlarında kiçik çıxıntılar olur. Məlum olub ki, bu detallar sadəcə dekorativ məqsəd daşımır.
“Yeni Sabah” xəbər verir ki, çıxıntıların əsas funksiyası nazik qaytanlı və asqıdan asanlıqla sürüşən geyimləri yerində saxlamaqdır. Don, mayka, köynək və digər nazik geyimlərin qaytanlarını həmin hissələrə keçirməklə onların asqıdan düşməsinin qarşısını almaq mümkündür. Bu, həmçinin geyimlərin formasını və ütüsünü qorumağa kömək edir.
Asqının bu hissələrindən yalnız geyimlər üçün deyil, müxtəlif aksessuarları saxlamaq üçün də istifadə etmək olar. Kəmər, şərf, yaylıq və qalstuk kimi əşyaları çentiklərə asmaqla qarderobda əlavə yer yaratmaq mümkündür. pizza
Bu üsul ertəsi gün geyiniləcək kombini əvvəlcədən hazırlamaq üçün də əlverişlidir. Məsələn, şalvar və köynəyi asqıya yerləşdirib, həmin geyimlə istifadə ediləcək kəmər və ya şərfi asqının yanındakı çıxıntılara keçirmək olar. Beləliklə, həm qarderob daha səliqəli görünür, həm də aksessuar üçün ayrıca asqıya ehtiyac qalmır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız