“Ləman deyir ki, kaş mən də ölərdim” — VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Ləman deyir ki, kaş mən də ölərdim” — VİDEO

Hadisə

04 May 2026 08:58 121


2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova qızı ilə bağlı xatirələrini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, o, Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə danışıb.

Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban, xeyirxah insan idi:

"Mərd qız idi. Hər sirrini mənimlə bölüşürdü. Kirayə pulunu, əməkdaşların maaşını verməkdə çətinlik çəkəndə, parçaları almağa pulu olmayanda bəzən məndən kömək istəyirdi. Nə gəliri var idisə, hamısını milli geyimlərin hazırlanmasına xərcləyirdi".

M.Hümbətova qızının həlak olduğu yanğından da söz açıb:

"Həmin gün mən də öldüm. Nəvəm Ləman dedi ki, qışqırıq səsləri eşidib pəncərədən baxıblar. Daha sonra qapının altından içəri qoxu gəlib. Çantalarını götürüb, ağızlarına da dəsmal tutub evdən çıxıblar. Harada yıxıldıqları yadında deyil. Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!