Bu gün, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı vasitəsilə 8-ci Avropa Siyasi Birliyi (AİB) Zirvə Toplantısına qatılacaq.
"Yeni Sabah" News.am-a istinadla xəbər verir ki, tədbir Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində "Gələcəyin Qurulması: Avropada Birlik və Dözümlülük" devizi altında keçiriləcək.
AİB-nin ilk Zirvə Toplantısı 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində keçirilib. Daha sonra sammit Moldovanın Kişineu, İspaniyanın Qranada, Böyük Britaniyanın Oksfordşir, Macarıstanın Budapeşt, Albaniyanın Tirana və Danimarkanın Kopenhagen şəhərlərində keçirilib.
AİB təxminən 50 Avropa ölkəsinin liderlərini bərabərhüquqlu əsasda, birlik ruhunda və ortaq bir məqsədlə bir araya gətirir. Bu, ortaq maraq doğuran məsələlərin həlli və Avropa qitəsinin təhlükəsizliyini, dözümlülüyünü və çiçəklənməsini gücləndirmək üçün siyasi dialoq və əməkdaşlığı təşviq etmək üçün siyasi platforma təmin edir.
Zirvə toplantısı Avropa liderlərinə təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı inkişaf etdirmək üçün bir forum təqdim edir. Mövcud heç bir təşkilatı, strukturu və ya prosesi əvəz etmir.
Telegram kanalımız