Əvvəl əmək insanı ucaldırdı, indi qocaldır...

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl əmək insanı ucaldırdı, indi qocaldır...

Sosial

01 May 2022 13:45 793


Biz uşaq olanda may ayının 1-i atəşfəşanlıqla qeyd olunurdu. Zəhmətkeşlər, yəni zəhmət çəkib pul qazananlar, əkib-becərənlər, qurub-yaradanlar, bir sözlə, bolluq yaradanlar 1 mayı əziz bayramları kimi qeyd edirdilər. 

Rəhmətlik Akif əmim - zəhmətdən yoğurulmuş o gözəl insan həmin gün üzünü təraş edər, səliqəli geyinər və qabardan cadar-cadar olmuş iri, güclü əlləri ilə bizi bağrına basıb təbrik edərdi. Halal zəhməti ilə 4 uşaq böyütmüş bu mərd, təmənnasız adamın sayəsində zəhmətkeşlərin bayramından bizə də pay düşərdi. Biz çox sevdiyimiz, xətrini dünyalar qədər istədiyimiz kolxozçu əmimizlə həmin gün daha çox fəxr edərdik.

Bu gün yenə mayın 1-idir. Əgər “Səs” qəzetində çalışan gənc həmkarım dünyada zəhmətkeşlərin bayramı kimi qeyd olunan bu tarixlə bağlı fikirlərimi öyrənməsəydi, mayın 1-i mənimçün təqvimdəki digər günlərdən fərqlənməyəcəkdi. Axı 1 mayı canfəşanlqla qeyd etdiyimiz vaxtdan çox illər keçib. Mən əminəm ki, heç zəhmətkeşlər özləri də mayın 1-nin onların bayramı olduğunun fərqində deyillər. Reallıq budur ki, indi zəhmətkeşə dəyər verən, onun əməyini qiymətləndirən çox azdır. İş adamı qiyafətinə bürünmüş bəzi işbazlar zəhmətkeşləri istismar etdikləri üçün bu gün onların yadına bayram düşmür. Çünki gecə-gündüz tər axıtsalar da, çəkdikləri zəhmətin bəhrəsini görə bilmirlər. Həm dövlət sektorunda, həm də özəl müəssisələrdə zəhmətkeşlər aşağı maaşla çalışdırılır, onların gördüyü işin, çəkdikləri zəhmətin qiyməti çox vaxt aşağı tariflərlə ödənilir. Bakıda fəhlənin, rayonda kəndlinin ayaqqabısı cırıq, qaloşu köhnədir. Sezar pizza

Haram yeyənlər halal yeyənlərdən ən azı yüz dəfə yaxşı yaşadığı üçün indi çox adam özünü çətin işə vermək istəmir. Rüşvətxorların, müftəxorların, dələduzların, oğruların sayının artması həm də bununla bağlıdır. İndi çox adam zəhmətsiz gəlir arxasınca qaçır. Səkkizinci kilometr bazarında satıcı işləyən əsgər yoldaşımın sözüdür: “Piştaxta arxasında dik durmaq gündə 9 saat tarlada ikiqat olmaqdan qazancldır”.

... O da yadımdadır ki, uşaq olanda məktəbdə bizə müxtəlif mövzularda inşalar yazdırırdılar. Ən populyar mövzularından biri bu idi: "Əmək insanı ucaldır”.
Yaxşı ki, indi uşaqları bu cür populist mövzularla sınağa çəkmirlər. Reallıq odur ki, əmək insanı ucaltmır, qocaldır. Öz zəhməti ilə yaşayan insan məişət problemlərinin əlində girinc qalıb vaxtından əvvəl qocalır...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!