“Əvvəllər bu cür amansız cinayətlər olub, indi də olur, gələcəkdə də olacaq. Cəmiyyət olan yerdə, insan faktoru olan yerdə cinayət faktoru mütləq olmalıdır...”
Bu sözləri Yenisabah.az-a sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev deyib.
Son vaxtlar artan cinayət hadisələrindən danışan Hacıyev cinayət statistikasının hər il dəyişdiyini qeyd edib:
“Pis də olsa, bu, qanunauyğunluqdur. Cəmiyyət varsa, cinayət də var. İnsanların hər birinin xasiyyəti, xarakteri, intellekti, tərbiyəsi, iradəsi eyni formada deyil. Hər kəs fərqlidir, insan çox müxtəlif xarakterli məxluqdur. Cinayət həmişə olub, sadəcə elə il olur ki, bir az artım olur, bəzi illər azalır. Statistika “oynayır”. Buna sensasiya kimi hay-küylə yanaşmaq düzgün deyil. Cinayətdir, olur”.
Onun sözlərinə görə, son illər texnologiyanın inkişafı da cinayətlərin artmasına səbəb olub: Pepperoni pizza
“Texnologiyanın inkişafı, sosial şəbəkələr istər az əhəmiyyətli hüququ pozuntuların (inzibati xətalar) istərsə də cinayət tərkibli əməllərin artımına təsir etdi. Bu dünyanın hər yerində belədir. İnsanlar xarakterinə görə fərqlidir, elə adam var ki, bu cinayətlərdən bəhs edən verilişlərə baxıb düz yöndən yanaşır, eləsi də var ki, əksinə, buna meyillənir. Texnologiyanın inkişafı cinayətlərin artımına müəyyən mənada təsir etdi. Bu, qaydadır. Keçmişdə insan alveri, adam oğurluğu bu qədər geniş yayılmamışdı . O vaxt insanların saxta sənədlə xaricə aparılıb istismar olunması, qadınların fahişəliyə cəlb olunması yox idi, bunlar hamısı texnologiya inkişaf etdikcə artdı”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız