Eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbəriylə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbəriylə bağlı açıqlama

Sosial

04 Mart 2022 12:07 2773


“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olub.

Müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Dördpendirli pizza

Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!