Eynulla Mədətli: “Bu, təxribatdır!”

saytların hazırlanması

Evə çatdırılma

Eynulla Mədətli: “Bu, təxribatdır!”

Sosial

14 Oktyabr 2026 14:16 344


“Bu mövzu bu gün bizi, xüsusilə də ziyalıları narahat edir. Narahatlıq doğuran məqam odur ki, yaşadığımız dövrdə belə bir sualın gündəmə gəlməsinin səbəbi nədir?”

Bunu “Yeni Sabah”a Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli deyib.

O, bildirib ki, hökumətin məktəbli forması haqda qəbul etdiyi qərar tamamilə yerindədir və düşünür ki, son hərfinə qədər yerinə yetirilməlidir: Marqarita pizza

“Çünki bu, yenilik deyil. Əvvəla, bizim heç bir qanunumuz, o cümlədən Konstitusiya hicabı qadağan etmir. Belə bir qanun yoxdur və Azərbaycanda hicaba görə təqib halları mövcud deyil.

Vahid məktəbli geyimini hicabla əlaqələndirmək, bu məsələyə dini rəng vermək tamamilə yanlışdır. Bu, təxribatdır. Düşünürəm ki, bu təxribat daha çox xarici ölkələrdəki müəyyən dairələrdən qaynaqlanır”.

E. Mədətli bildirib ki, vahid məktəbli geyimi Naxçıvanda artıq 20 ildən çoxdur tətbiq olunur və bu qayda təhsildə intizamın qorunması baxımından əhəmiyyətlidir:

“İlk növbədə, vətəndaşlarımızı belə yanlış çağırışlara uymamağa çağırıram. Məqsəd, bəlkə də, heç hicabın özü deyil. Mən belə düşünürəm ki, əsas məqsəd cəmiyyətdə çaxnaşma yaratmaq, xalqla dövlətin birliyinə zərər vurmaq, Azərbaycan cəmiyyətinin fikrini və könlünü bulandırmaqdır.

Vahid geyim məsələsinə gəldikdə isə, bu qayda Naxçıvanda artıq 20 ildən çoxdur tətbiq olunur. Həm müəllimlərin, həm də şagirdlərin vahid geyimi var. Bu, tamamilə normaldır. Belə olduqda, nə şagirdləri, nə də müəllimləri başqa geyimlər və fərqli seçimlər cəlb edəcək. Müəyyən edilmiş geyim norması olacaq və diqqət təhsilə yönələcək”.

E. Mədətli qeyd edib ki, məktəbdə hər kəsin vahid geyimdə olması xoş görüntü yaradır:

“Bu, ilk növbədə, intizam məsələsidir. İkinci növbədə isə valideynlər üçün böyük rahatlıq deməkdir. Artıq müxtəlif bahalı paltarlarla yarışmağa ehtiyac qalmayacaq. Bu, müəllimlər, tələbələr və şagirdlər üçün iqtisadi baxımdan da çox faydalı olacaq. Estetik cəhətdən də məktəbdə hər kəsin vahid geyimdə olması xoş görüntü yaradır.

Çünki məktəb yalnız təhsil mühiti deyil, həm də şəxsiyyətin yetişdirildiyi məkandır. Bura tərbiyə və dünyagörüşünün formalaşdırılması müəssisəsidir. Bir daha bildirirəm ki, dövlətin qəbul etdiyi qərar yerindədir və xalqımız da bu qərarı dəstəkləməlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə edilən dəyişikliklər məktəbli geyimləri ilə bağlı tələbləri bir daha müəyyənləşdirib. Dəyişikliklərə əsasən, təsdiq olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə icazə verilmir. Bununla yanaşı, milli geyimlərdən və onların elementlərindən Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə oluna bilər.

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!