Əziz Əzizov vətəndaşları qəbul etdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov vətəndaşları qəbul etdi - FOTOLAR

Sosial

28 Fevral 2023 17:18 1435


Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada qəbulunu keçirib. 

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Ə.Əzizov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. 

Vətəndaşlar göstərilən diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla da müraciət imkanı əldə edə bilərsiniz.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!