Əzizov bölmə müdirinin yubileyini təbrik etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Əzizov bölmə müdirinin yubileyini təbrik etdi - FOTO

Sosial

15 Fevral 2024 17:07 677


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu üzrə bölməsinin müdiri Qənbərli Əkbər Əli oğlunu 65 illik yubileyi münasibətilə təbrik edib. 

RİH başçısı uzun illər bu sahədə səmərəli fəaliyyət göstərmiş, hər zaman peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilərək rayon ictimaiyyəti arasında böyük hörmət qazanmış, eləcə də rayonun ictimai-siyasi həyatında daima fəal iştirak etmiş Əkbər Qənbərlini qəbul edərək ən xoş arzularını çatdırıb, ona uzun və sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayıb. 

Həmçinin uzun illər səmərəli fəaliyyətinə görə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qənbərli Əkbər Əli oğlu RİHB-nin Fəxri Fərmanı ilə #təltif olunaraq ona hədiyyələr təqdim edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!