Əzizov qəbul etdi, dinlədi, tapşırıqlar verdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əzizov qəbul etdi, dinlədi, tapşırıqlar verdi - Fotolar

Sosial

19 Fevral 2024 15:07 532


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun RİH-də növbəti vətəndaş qəbulu fevralın 19-da keçirilib. 

RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!