Fabreqasdan Mourinyoya cavab: Titulsuz məşqçiyəm

saytların hazırlanması

Evə çatdırılma

Fabreqasdan Mourinyoya cavab: Titulsuz məşqçiyəm

İdman

21 Sentyabr 2026 17:08 87


İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabregas mətbuata açıqlamasında öz məşqçilik karyerası və komandadakı hədəfləri barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis Xose Mourinyonun fikirlərinə istinad edərək hələ yolun başlanğıcında olduğunu vurğulayıb:

"Xose Mourinyonun dediyi kimi, çoxlu titullar qazanan məşqçilər var, heç bir titul qazanmayan məşqçilər də var. Mən isə hələ heç bir titul qazanmamış məşqçiyəm. Yaxşı məşqçi olduğumu sübut etmək üçün hələ qarşıda uzun yolum var. Burada gördüyümüz işləri də addım-addım davam etdirməliyik. Bunu ürəkdən deyirəm: mənim üçün ən vacib olan 'Komo' klubudur!" Marqarita pizza

Fabregas komandadakı layihəyə tam sadiq olduğunu və "Komo"nun uğurları üçün işlərini ardıcıllıqla davam etdirəcəklərini diqqətə çatdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!