Fazil Mustafa: “Çayxanalarda avaralanan yüzlərlə gənc...”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa: “Çayxanalarda avaralanan yüzlərlə gənc...”

Sosial

26 Aprel 2022 13:56 322


"Avtomobil sürücüləri tez-tez moteskletlə yemək paylayanların yolda onlara təhlükə yaratdığından gileylənirlər. Doğrudur yolda bəzən təhlükə yaradırlar. Bəs cəmiyyətdə necə?"

Yenisabah.az xəbər verir ki, bu sualla deputat Fazil Mustafa çıxış edib. O, bu şəxslarin, əslində, ən böyük hörmətə layiq olduqlarını bildirib.

“Küçədə-bacada, çayxanalarda, yollarda, məhəllələrdə yüzlərlə avaralanan gənc görəndə nə deyirik? Əlbəttə, ölkədə məşğulluq problemi böyük ölçüdə mövcuddur, ancaq zəhmətə qatlaşmağa meylli olmayan insanlar da az deyil. Məhz bu kateqoriyadan olan adamlar halal zəhmətlə gündəlik ruzisini qazanırlar, əlbəttə, maddi çətinlikləri var, ailə-uşaq problemləri var, ancaq gedib "iş yoxdur" bəhanəsinin arxasında gizlənmirlər. Mümkün olan işin qulpundan yapışırlar. Ona görə də bu insanları təhqir yox, təqdir etmək lazım. Yolda təhlükə yaradanları yola vermək olar, ancaq cəmiyyətdə tüfeyli kimi təhlükə yaradanların törətdiyi qəzalar daha ağır nəticələr doğurur”. Pepperoni pizza

Cavad Salmanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!