“Fevral ayı sərt soyuqlar olacaq” proqnozlarına cavab

“Fevral ayı sərt soyuqlar olacaq” proqnozlarına cavab

Sosial Veb saytların hazırlanması

12 Fevral 2019 16:31 1057


“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb: "Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, "qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə "havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar. Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”.

Şöbə müdiri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:"2017-ci il fevralın 1-2-də isəBakıda qar müşahidə edilib. Qar örtüyü əmələ gəlmiş və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Dünya təcrübəsində aylıq proqnozlar ümumi xarakter daşıyır, ay ərzində üstünlük təşkil edən orta temperaturun və yağıntı rejiminin səciyyəsi verilir”.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!