FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Sosial

26 İyul 2021 18:13 4279


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Yenisabah.az FHN-in saytına istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. pizza

Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!