Filippində təbii fəlakət nəticəsində 49 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Filippində təbii fəlakət nəticəsində 49 nəfər öldü

Dünya

02 Yanvar 2023 21:11 654


Filippində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 49-a yüksəlib.

Yenisabah.az CNN-nə istinadən xəbər verir ki, daşqınlarda 49 nəfər ölüb, 16 nəfər yaralanıb, 22 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Açıqlamaya görə, can itkisi və yaralananların çoxu Şimali Mindanaoda olub, ölkənin 34 əyaləti və ən azı 10 bölgəsi güclü yağışların səbəb olduğu daşqınlardan zərər çəkib. Dominos pizza

Həmçinin, 553 min 983 nəfərin daşqınlardan zərər çəkdiyi və 51 min 456 nəfərin məcburi köçkün olduğu, 10 min 147 nəfərin isə hələ də təxliyə mərkəzlərində olduğu bildirilib.

Qeyd edək ki, hər il tayfun və tufan kimi orta hesabla 20 fəlakətlə üzləşən Filippin təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!