Fillipində daşqın oldu, 25 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Fillipində daşqın oldu, 25 nəfər öldü

Dünya

28 Dekabr 2022 13:18 528


Filippində daşqın qurbanlarının sayı 25 nəfərə çatıb, bundan əlavə, daha 9 nəfər xəsarət alıb. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Filippin Fövqəladə Hallar Şurası yayıb.

Qeyd edilib ki, Bikol bölgəsində, Visayas və Mindanao adalarında katolik Milad bayramı günü baş verən daşqın və torpaq sürüşmələri nəticəsində 26 nəfər itkin düşüb. pizza

909 ev və tikili tamamilə dağılıb, 32 infrastruktur obyektinə ziyan dəyib. 1,4 min insan təxliyə edilib. Onlardan 292 nəfər evakuasiya mərkəzlərindədir.

63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Filippin Fövqəladə Hallar Şurasının məlumatına görə, 70-ə yaxın şəhərdəki məktəblərdə dərslər ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!