Finlandiya sərhəd qanunvericiliyini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya sərhəd qanunvericiliyini dəyişdi

Dünya

07 İyul 2022 17:16 836


Finlandiya parlamenti sərhəd mühafizəsi haqqında qanuna və fövqəladə hallar zamanı hakimiyyət orqanlarının səlahiyyətləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, əlavələr fövqəladə hallar zamanı sərhəddən keçidi məhdudlaşdırmaq üçün daha geniş imkanları nəzərdə tutur.

Parlamentarilərin sözlərinə görə, qanun Rusiyanın sərhədlərə yaxın çoxlu sayda sığınacaq axtaranları təşkil edərək Finlandiyaya hibrid təsir göstərməyə cəhd edə biləcəyi qorxusunun artması səbəbindən yenilənir. pizza

"Yeni qanun Belarusun Polşa və Litva ilə sərhədlərində baş verdiyi kimi, insanların Finlandiyaya qarşı alət kimi istifadəsinin Finlandiyada uğur qazanmayacağına dair siqnal göndərir", - deputat Ben Jiskoviç dinləmələrdə deyib.

Qanuna verilən izahatda deyilir ki, Rusiya sığınacaq axtaran şəxslərdən təsir vasitəsi kimi istifadə edərsə, sığınacaq üçün müraciətlərin qəbulu və baxılması şərq sərhədindən ölkənin daxili bölgələrinə köçürülə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!