Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

Sosial

27 Aprel 2022 08:23 911


Bir neçə gündən sonra Ramazan ayı başa çatır.
 

Duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.

Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli "Xəzər Xəbər"ə deyib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir. Marqarita pizza

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!