Fransa səfiri Rusiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

07 Oktyabr 2022 12:52 746


Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, səfiri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qəbul edib. Ona rəsmi Moskvanın etirazları çatdırılıb.

"Fransanın Moskvadakı səfiri Pyer Levi oktyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Fransa və digər Qərb ölkələrindən Ukraynaya göstərilən hərbi-texniki dəstəklə bağlı onunla danışıb. Ona  Fransanın Ukraynaya verdiyi dəstəkdən Rusiyanın narahat olduğu bildirilib. Fransanın Ukrayna ordusunun təlimi üçün xüsusi proqramlar hazırlaması pislənib. Paris hakimiyyətinin bu xəttinin Ukraynadakı problemin sülh yolu ilə həllinə zidd olduğu bildirilib", - Rusiya XİN-in rəsmi məlumatında qeyd edilib.  Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!