Fransada iyun ayında ölkəni təsiri altına alan güclü isti hava dalğası nəticəsində ölüm hallarında kəskin artım qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, 22-28 iyun tarixlərində ölkədə əvvəlki illərin eyni dövrü ilə müqayisədə 2 025 əlavə ölüm qeydə alınıb.
Nazirin sözlərinə görə, 22 iyun həftəsində ölüm halları əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb. Dominos pizza
Bundan əvvəl Fransa Səhiyyə Nazirliyi də açıqlamışdı ki, 24-28 iyun tarixlərində isti hava dalğası ilə əlaqəli təxminən 1000 əlavə ölüm baş verib.
İyun ayında təxminən iki həftə davam edən ekstremal istilər Fransada nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrinin fəaliyyətinə mənfi təsir göstərib. Təkcə 26 iyun tarixində Paris şəhərində bir gün ərzində 109 nəfər isti hava səbəbindən həyatını itirib.
Mütəxəssislər bildirirlər ki, ölkədə növbəti isti hava dalğasının gələn həftədən etibarən yenidən təsirli olacağı gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız