Füzuli Hüseynov: Yəqin, onda da mafiya var idi

saytların hazırlanması

Evə çatdırılma

Füzuli Hüseynov: Yəqin, onda da mafiya var idi

Şou

22 Noyabr 2024 15:06 759


“Təhminə” filmində yaratdığı “Spartak” obrazı ilə tamaşaçıların yaddaşına həkk olan Əməkdar artist Füzuli Hüseynov filmlərə cəkilməməsinin səbəbindən söz açıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “El canlı” verilişində danışıb.

Aktyor bildirib ki, rejissorlar onu filmə çəkməkdən imtina ediblər: Dördpendirli pizza

“Səbəbini heç kim bilmir. Qəribə aura olurdu. Universitetə daxil olduğum 1980-ci ildən bitirdiyim 1984-cü ilə qədər bütün filmlərə dəvət almışam. Sonra niyə çəkilməməyimin səbəbini heç kim deməyib. Yəqin, onda da  mafiya var idi.

Ceyhun Mirzəyev “Bəyin oğurlanması” filmi çəkiləndə dedi ki, istəyirəm, çəkiləsən.Cavab verdim ki, özünüzü yormayın, bütün filmlərə dəvət edilirəm, amma çəkilmirəm. Dedi, yox, get foto çəkdir, gətir. Fotolar çəkdirdim, gəldim. Bəzi fotoları cırdı ki, pis idi, amma filmdə rol alacaqsan. O da mənim ilk filmim oldu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!