Füzulidə vəfat edən hərbçi dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə vəfat edən hərbçi dəfn edildi - Fotolar

Sosial

14 May 2022 22:22 275


Mayın 12-də Füzuli rayonunda baş vermiş yol qəzasında vəfat edən hərbçi doğulduğu Şamaxı rayonunda dəfn edilib.

Yenisabah.az xəbər verir ki, baş gizir Zahid Səlimov Şamaxının Əhmədli (keçmiş Kürdəmic) kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verib. C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. pizza sifarişi

Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!