Füzulidən son görüntülər: “Yalvarıram, mən döyüşmək istəyirəm” -  Video
28 Sen 2020 15:23
4888

Füzulidən son görüntülər: “Yalvarıram, mən döyüşmək istəyirəm” -  Video

Ermənistan silahlı qüvvələrinin təxribatlarına baxmayaraq cəbhə bölgəsinə yaxın ərazilərdə Azərbaycan vətəndaşları yaşayış yerlərini tərk etməyib. 

Yenisabah.az xəbər verir ki, əksinə, vətəndaşlar böyük ruh-yüksəkliyi ilə döyüşlərdə iştirak etməyə can atır. Döyüş bölgəsinə yaxın kəndlərdən birinin vətəndaşları Kanal13-ə bildirib ki, erməni təxribatlarından çəkinmir və Azərbaycan Ordusu ilə birlikdə döyüşlərdə iştirak etməyə hazırdılar. 

“Biz döyüş bölgəsinə yaxın kənddəyik. Uşaqlı-böyüklü heç yerə getməmişik və getməyəcəyik. Öz evimiz, öz torpağımızdayıq. Ermənilərin təxribatlarına layiqli cavab verilir. Biz də uşaqdan böyüyə qədər döyüşməyə hazırıq. Qoy bunu bütün dünyaya göstərsinlər. Azərbaycan Ordusuna eşq olsun”, - deyə sakinlər bildirib.

Rayonun millət vəkili Vüqar Bayramov da yerli sakinlərlə bir yerdə olub. O, əhalinin orduya dəstək olduğunu qeyd edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər