"Gazprom" sentyabrın sonunda Avstriyada baş verən tənzimləmə dəyişiklikləri şəraitində italyan alıcıları ilə qarşılıqlı əlaqə formatında ortaq həll yolu tapmağı bacarıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya konserni məlumat yayıb.
Avstriya operatoru Rusiya qazının Avstriya ərazisindən nəqlini bərpa etməyə imkan verən “Gazprom Export” MMC-nin nəqliyyat nominasiyalarını təsdiqləməyə hazır olduğunu bildirib. pizza
Xatırladaq ki, oktyabrın 1-də Rusiya qazının Avstriya ərazisi ilə İtaliyaya nəqli dayandırılıb. Bu barədə daha əvvəl İtaliyanın “Eni” şirkəti məlumat verib. “Gazprom” dəqiqləşdirib ki, Rusiya qazının Avstriya ərazisindən nəqli Avstriya operatorunun “Gazprom Export” MMC-nin öhdəliklərindən imtina etməsi səbəbindən dayandırılıb. Səbəb sentyabrın sonunda Avstriyada baş verən tənzimləmə dəyişiklikləri ilə bağlıdır.
“Eni” İtaliyaya da tədarükün bərpasının mümkün olub-olmaması barədə qərar vermək üçün "Gazprom"la işləyir.
Telegram kanalımız