Gecə tikildi, səhər söküldü   - Video

saytların hazırlanması

Evə çatdırılma

Gecə tikildi, səhər söküldü - Video

Sosial

31 Yanvar 2023 11:19 968


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib. 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!