Gədəbəydə qalmaqal:   İcra başçısı məktəbə gəldi, direktor və müəllimlər yerində tapılmadı

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə qalmaqal: İcra başçısı məktəbə gəldi, direktor və müəllimlər yerində tapılmadı

Sosial

02 Oktyabr 2022 11:13 2522


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

Yenisabah.az xəbər verir ki,bu barədə İcra Hakimiyyəti məlumat yayıb.

Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim yerində tapılıb. pizza sifarişi

Həmçinin, 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

Məlum olub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!