“Gələn il də heç kim 700 bal toplamaya bilər” – Ekspertdən bədbin proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Gələn il də heç kim 700 bal toplamaya bilər” – Ekspertdən bədbin proqnoz

Sosial

11 Avqust 2021 14:43 1562


Ötən illərdən fərqli olaraq, builki qəbul imtahanında 700 bal toplayan abituriyent olmayıb. Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bunu məsafəli təhsil zamanı bəzi fənlərin keyfiyyətli tədris olunmaması ilə əlaqələndirib:

“2020-ci ilin mart ayından etibarən pandemiya tədrisin təşkili formasını dəyişib. Uşaqlarımız ənənəvi təhsildən məsafəliyə keçiblər. Etiraf edək ki, heç də bütün şagirdlərin planşeti, kompüteri, telefonu, internetə çıxış imkanı yox idi. Digər tərəfdən, bütün fənlərin onlayn qaydada keçirilməsi keyfiyyətli deyildi. Xüsusən, kimya, fizika, biologiya kimi fənlərin tədrisində ciddi problemlər yaşandı. Bununla yanaşı, 44 günlük müharibə dövrünün də təsiri danılmazdır.Bu da qəbul imtahanının nəticəsinə öz təsirini göstərib”.

Ekspert əsas səbəb olaraq sınaq imtahanlarının keçirilməməsini göstərib: Marqarita pizza

“Qəbul imtahanında maksimum nəticənin yoxluğunun digər səbəbi Dövlət İmtahan Mərkəzinin sınaq imtahanın keçirilməməsidir. Çünki əvvəllər şagirdlər sınaq imtahanında iştirak edirdilər, bununla mövzuları bilmə səviyyələrini, sual kitabçası və cavab kartında işləmə bacarıqlarını formalaşdırırdılar. Lakin bu dəfə abituriyentlər bu imkandan məhrum oldular. Odur ki, nəticələr müəyyən qədər aşağı düşdü. Bununla yanaşı, hazırlıq kursları və repetitorların fəaliyyətindəki müəyyən çətinliklər də öz təsirini bir qədər göstərdi”.

Kamran Əsədovun sözlərinə görə, pandemiya dönəminə davam etsək, ənənəvi tədrisə məhdudiyyətlər qoyulsa, əlbəttə, yenə eyni nəticə gözlənilir:

“Məncə, nəticələrin aşağı olmasının bir səbəbi də test tapşıqılarının çətin olmasıdır. 2020-ci ildən bu günə qədər Azərbaycan təhsil sistemi formatını tamamilə dəyişib. Buna görə də imtahanda 700 bal toplayan olmadı. Düşünürəm ki, bunun aradan qaldırılması üçün elektron tədris sisteminin keyfiyyətini artırmalı, şagirdləri mütəmadi sınaq imtahanlarına cəlb edilməlidir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!