Gələn ildən başlayaraq vəziyyət dəyişəcək –   Artımlar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gələn ildən başlayaraq vəziyyət dəyişəcək – Artımlar açıqlandı

İqtisadiyyat

21 Oktyabr 2026 10:56 145


2027–2030-cu illərdə Azərbaycanda dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artacağı proqnozlaşdırılır. Bu, qeyri-neft ÜDM-in daha sürətli artımı, fiziki şəxslərin gəlir vergisi dərəcələrinin optimallaşdırılması və iqtisadiyyatda şəffaflığın yüksəlməsi ilə əlaqələndirilir.

Bu barədə “Yeni Sabah” Maliyyə Nazirliyinin 2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsinə dair məlumatlarına istinadən xəbər verir.

Proqnozlara əsasən, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuz etməsi şəffaflığın artmasına və kölgə iqtisadiyyatının miqyasının azalmasına şərait yaradacaq. Bu amillərin büdcə gəlirlərində qeyri-neft sektorunun payının genişlənməsinə töhfə verəcəyi gözlənilir. Dördpendirli pizza

Maliyyə Nazirliyinin təqdim etdiyi qrafikə görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payının 60,6 faiz, neft-qaz sektorunun payının isə 39,4 faiz olacağı proqnozlaşdırılır.

2028-ci ildə qeyri-neft-qaz gəlirlərinin payının 64,1 faizə, 2029-cu ildə 66,9 faizə, 2030-cu ildə isə 69,8 faizə yüksələcəyi gözlənilir. Neft-qaz sektorunun payının isə müvafiq olaraq 35,9 faiz, 33,1 faiz və 30,2 faizə enəcəyi proqnozlaşdırılır.

Beləliklə, 2030-cu ilədək dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payının 2027-ci illə müqayisədə 9,2 faiz bəndi artacağı, neft-qaz sektorunun payının isə eyni həcmdə azalacağı nəzərdə tutulur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!