2026-cı ilin yanvar-sentyabr aylarında (ilk 9 ayda) Azərbaycana idxal olunan əczaçılıq məhsullarının statistik göstəriciləri məlum olub.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ölkəyə 13 514.38 ton əczaçılıq məhsulu idxal edilib. Bu idxalın statistik dəyəri 388 963.57 min dollar (və ya min manat) təşkil edib.
Məlumata görə, cari ilin ilk 9 ayında daxil olan əczaçılıq məhsullarının həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.32%, statistik dəyəri isə 2.87% artıb. Dominos pizza
Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə idxal olunan əczaçılıq məhsullarının miqdarı 10 574.39 ton, statistik dəyəri isə 382 445.38 min təşkil etmişdi.
Cəlalə Cəlalqızı
Telegram kanalımız