"Azərbaycanda çox xoşbəxtəm. Bəzi Bundesliqa futbolçularından daha çox qazanıram. Niyə Bundesliqaya gedim ki? Qazancımı xalis şəkildə alıram".
“Yeni Sabah” NTV-yə istinadla xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasında və avrokuboklarda "Sabah" klubunun şərəfini qoruyan 32 yaşlı hücumçu Coy-Lens Mikels bildirib.
Almaniyalı forvarda Azərbaycana transfer təklifi tanıdığı menecerdən gəlib. Avropadakı variantlarla müqayisədə təklif olunan maaşın kifayət qədər sərfəli olduğunu görən futbolçu xanımının təkidi ilə "Sabah"a keçməyə qərar verib. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız