Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı

Sosial

21 Oktyabr 2026 11:02 97


Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, müdafiə naziri Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib. Toyuqlu pizza

1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir. Bundan sonrakı pillə kontr-admiral ali rütbəsidir.

Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!