“İçərişəhər”-“Həzi Aslanov” xəttində birbaşa hərəkət bərpa olunur

saytların hazırlanması

Evə çatdırılma

“İçərişəhər”-“Həzi Aslanov” xəttində birbaşa hərəkət bərpa olunur

Sosial

23 Oktyabr 2026 11:02 110


Yaxın vaxtlarda "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına birbaşa getmək mümkün olacaq.

"Yeni Sabah" xəbər verir ki, "Həzi Aslanov-Əhmədli" mənzilində məkik hərəkət ləğv olunacaq.

Nəticədə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. pizza sifarişi

Yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

"Həzi Aslanov" stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!