Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər

Hadisə

03 Oktyabr 2026 21:47 84


Gəncədə bacı-qardaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü T.Əliyev və onun 1996-cı il təvəllüdlü bacısı Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. pizza sifarişi

İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar.

Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!