Gəncədə koronavirusa yoluxma sayı artdı, polis hərəkətə keçdi - Video
07 May 2020 00:35
318

Gəncədə koronavirusa yoluxma sayı artdı, polis hərəkətə keçdi - Video

Mayın 4-dən ölkənin əksər bölgələrində karantin rejimi ləğv olunsa da, bu qərar bəzi şəhər və rayonlara, o cümlədən Gəncəyə şamil olunmayıb.

Odur ki, polis və Daxili Qoşunların xidmətçiləri şəhərin müxətlif bölgələrində müntəzəm nəzarət tədbirləri həyata keçirir.

Yenisabah.az xəbər verir ki, növbələrdə sosial məsafənin pozulması hallarına sıx rast gəlindiyindən bank və poçt filialları yerləşən ərazilərdə əlavə tədbirlər görülür. Hətta maskası olmayan şəxslərə polis tərəfindən maskalar paylanır.

Gəncədə yoluxma riskinin hələ də yüksək olduğu nəzərə alınaraq yoxlama tədbirləri güclənirilib.

Narıncı bölgə elan olunan Gəncədə polisin xüsusi rejimdə fəaliyyəti karantin müddətinin sonuna qədər davam edəcək.

Oxşar xəbərlər