Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Yenisabah.az xəbər verir ki, məktəbdən “Report”a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib", - deyə məktəbdən qeyd edilib. pizza mizza
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
Telegram kanalımız