Gəncədə zorlanan azyaşlı qız Bakıya gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə zorlanan azyaşlı qız Bakıya gətirildi

Sosial

21 Mart 2022 11:10 521


Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olduqdan sonra Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Ombudsman Aparatından Yenisabah.az-a verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar. Ombudsman Aparatının nümayəndəsi bu barədə belə deyib:

“Ailə ilə əlaqə saxladıq. Anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir”. Ana bildirib ki, Gəncədə olanda qızının psixoloji vəziyyəti daha da gərginləşib. Onun sözlərinə görə, övladının vəziyyəti günü-gündən ağırlaşıb. Sezar pizza

Ana qızının reanimasiyadan nə vaxt çıxacağını bilmir. O bu barədə istəklərini dilə gətirib: “İstərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zəruri dəstək göstəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!