Generala ağır itki üzv verdi

saytların hazırlanması

Evə çatdırılma

Generala ağır itki üzv verdi

Hadisə

17 Mart 2026 09:45 3628


Azərbaycanda keçmiş dövlət xadimi vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, uzun illər müxtəlif vəzifələrdə işləmiş Abbas Mazanov 97 yaşında dünyasını dəyişib.

Onun ölümünə yaşla əlaqədar xəstəlik səbəb olub.  Sezar pizza

Qeyd edək ki, Abbas Əli oğlu Mazanov 1929-cu ildə indiki Ermənistanın Vardenis rayonunun Cil kəndində anadan olub. 1946-1950-ci illərdə Qazax Pedaqoji Texnikumunda təhsil alıb. Bir müddət pedaqoji faəliyyətlə məşğul olduqdan sonra, Krasnoselo rayonu Komsomol Komitəsinə katib seçilib. Sonralar Baki Ali Partiya məktəbində təhsilini davam edib.

O, 1975-1983-cü illərdə Krasnoselo İcraiyyə Komitəsinin sədri, 1983-1988-ci illərdə isə Cil kənd sovxozunda direktor vəzifəsində işləyib. Deportasiyadan sonra Xanlar (indiki Göygöl) rayonunun Şəhriyar kəndinə köçüb və orada kənd sovetinin sədri olub. Son olaraq, 1991-1993-cü illərdə Çaykənd kəndində kolxoz sədri kimi çalışıb.

A.Mazanov “Abbas Vəfadağlı” imzasıyla bir çox şeirlərin müəllifi olub.

İlk mətbu şeiri “Arzular” 1965-ci ildə, “Sovet Ermənistanı” qəzetində çap olunub. “Göyçə kimi intizarda elim var”, “Gözləri həsrətli, naləli Göyçə”, “Ulu Göyçəm”, “Göyçə qətliamı”, “Göyçə qətliamı” kimi kitabların müəllifidir.

O, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor İlqar Mazanovun atasıdır. İ.Mazanov hazırda “Xalq Bank”ın Təhlükəsizlik idarəsinin rəisidir.  

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!