Generalın qohumuna yüksək vəzifə verilib? - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Generalın qohumuna yüksək vəzifə verilib? - DİN-dən açıqlama

Sosial

28 Aprel 2022 12:18 605


Dünən bəzi xəbər saytları "Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi" pafoslu məlumat yayıblar. Xəbərdə bildiriblər ki, daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Şahin Əliyev Səbail Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Abşeron Rayon Mühafizə Şöbəsinə rəis müavini təyin edilib.  

Bu barədə Yenisabah.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov xəbərin bu cür təqdimatına etiraz edib.

"Əvvəlcə xəbəri yayan media nümayəndəsindən  soruşmaq istərdim ki, paytaxtın mərkəzi rayonunda olan idarənin rəis müavini paytaxtdan kənar rayondakı şöbəyə rəis müavini təyin edilirsə, bu məgər, yüksək vəzifəyə keçirilmə hesab olunur? Toyuqlu pizza

Məsələnin mahiyyətini bilməyən xəbər müəllifinə bildirmək istərdim ki, bu təyinat yüksək vəzifəyə deyil, tutduğu postdan daha aşağı vəzifəyə rotasiya qaydasında  keçirilməsi halıdır. O ki qaldı əməkdaşın kiminsə qohumu olmasına, bu məsələnin daxili işlər orqanlarında xidmət keçən əməkdaşların yerlərinin dəyişdirilməsi ilə heç bir bağlılığı yoxdur", - deyə polis mayoru vurğulayıb.

Qeyd edək ki, sözügedən şəxs - Şahin Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!