Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gimnastlarımız 6 medal qazandı
20 Sen 2021 10:22
334

Gimnastlarımız 6 medal qazandı

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, ən çox medalı Kamilla Seyidzadə əldə edib.

O, lentlə icra etdiyi proqramda fəxri kürsünün ilk pilləsinə xalxıb. Seyidzadə gürzlərlə çıxışda gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə bürünc medala sahib çıxıb. Gimnast daha bir "bürünc"ü Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib.

Öz növbəsində, Gözəlova topla hərəkətlərdə bürünc medal qazanıb. Azərbaycanın digər təmsilçisi Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirib və 5-ci yerlə kifayətlənib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər