Azərbaycanda mayın 26-da qısaldılmış iş günü olacaq.
"Yeni Sabah" xəbər verir ki, mayın 27 və 28-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may ölkə üzrə qısaldılmış iş günü hesab ediləcək.
Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Sezar pizza
Buna görə də dövlət və özəl müəssisələrdə sabah iş saatı adi günlərlə müqayisədə bir saat qısa olacaq.
27, 28, 29, 30 və 31 may ardıcıl qeyri-iş günləri olacaq.
Telegram kanalımız