Göyçayda avtomobil qaz xəttinə çırpıldı: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda avtomobil qaz xəttinə çırpıldı: Xəsarət alanlar var

Hadisə

21 Avqust 2026 22:48 26


Göyçayda avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil aşıb və maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. pizza hut

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi nəticəsində kəndin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!