İmamzadə ziyarətgah kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasovun səhhətində ciddi problemlər yaranıb.
"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən Hacı Tahir Abbasov bir müddət əvvəl Bakıda gözündən əməliyyat olunub. Hazırda onun digər gözündə də ağırlaşma müşahidə olunur və görmə qabiliyyətini, demək olar ki, itirib.
İlkin ehtimallara görə, buna səbəb keçirdiyi əməliyyatın uğursuz olmasıdır. T.Abbasovun yenidən Bakıda cərrahi əməliyyat olunacağı bildirilir. pizza hut
Telegram kanalımız