Güclü külək bəzi ərazilərdə fəsadlara səbəb oldu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək bəzi ərazilərdə fəsadlara səbəb oldu - VİDEO

Sosial

27 Fevral 2026 21:24 724


Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Bu barədə "Yeni Sabah"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması və nəticədə qəzaların yaranması olub. Küləyin şiddəti, eləcə də aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradıb. Marqarita pizza

Məlumatda qeyd olunub ki, çətinliklərə baxmayaraq əməkdaşlar qəzanı aradan qaldırmaq üçün işlərini davam etdirirlər:

"Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!