Güclü külək Cəlilabadda bir neçə kəndi işıqsız qoydu

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Cəlilabadda bir neçə kəndi işıqsız qoydu

Sosial

07 May 2022 15:27 196


Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub. 

“Report”un məlumatına görə, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb. pizza

Bundan başqa Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!