Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Sosial

18 May 2022 17:02 1087


Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq. Toyuqlu pizza

Çaylarda sululuğun artacağı ehtimal var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!