Güclü külək nə vaxtadək davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək nə vaxtadək davam edəcək?

Sosial

07 May 2022 11:27 309


Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub". pizza hut

U.Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb.

U.Tağıyeva bildirib ki, küləkli hava şəraiti mayın 8-i gündüzədək davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!