Güclü yağış Masallıda 8 kəndi qazsız qoydu

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış Masallıda 8 kəndi qazsız qoydu

Sosial

20 Mart 2022 22:58 333


Ölkə ərazisində yağıntılı hava şəraiti qaz təchizatına ziyansız ötüşməyib.

“Azəriqaz”dan verilən məlumata görə, Masallı rayonu ərazisində Alvadı Qaz Paylayıcı Stansiyadan qidalanan və 10 kəndi təbii qazla təmin edən yerüstü metal qaz kəmərinin Köhnə Alvadı kəndi ərazisindən keçən diametri 159 mm olan hissəsində sel sularının təsirindən qəza baş verib.

Nəticədə 6682 əhali abonentinin qaz təchizatı dayandırılıb. Qısa müddət ərzində Şərəfə və Çaxırlı kəndlərində qaz təchizatı bərpa olunub. Hal-hazırda kəmərin sel suları altında qalması səbəbindən digər 8 kənddə ümumilikdə 4 981 əhali abonentinin qaz təchizatını bərpa etmək mümkün olmayıb. pizza mizza

Qaz təchizatında fasilə yaranan kəndlər bunlardır: Təzə Alvadı, Köhnə Alvadı, Binə Xojavar, Böyük Xojavar, Meşəkənar, Bambaşı, Tatyanoba, Güllütəpə.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!