Güclü yağışlar Meksikanı cənginə aldı: Ölənlər və itkinlər var

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağışlar Meksikanı cənginə aldı: Ölənlər və itkinlər var

Dünya

14 Oktyabr 2026 14:59 61


Meksikada güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, buna Simon qasırğası və Reyçel tropik fırtınasının yaratdığı güclü yağışlar səbəb olub. Hadisələr Gerrero bölgəsində və Aşağı Kaliforniya ştatının Ensenada şəhərində baş verib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, birinci kateqoriyalı Simon qasırğası güclənərək Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olub. Rəsmilər çaylarda suyun səviyyəsinin qalxması və daşqın təhlükəsi ilə əlaqədar qabaqlayıcı tədbirləri gücləndiriblər. Sezar pizza

Ensenada şəhərində, El Pipila çayının ətrafında aparılan axtarış-xilasetmə işlərinə təxminən 300 hərbçi cəlb olunub. Daşqınlar nəticəsində çoxlu sayda avtomobilə və evə ziyan dəyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!