Müğənni Gülay Zeynallı fitnes məşqçisi olan əri Kamil Zeynallı ilə aralarında uzun müddətdir gəzib-dolaşan boşanma iddialarına aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə “Şou xəbər” verilişində danışıb:
“Şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə aid deyil. Qoy tamaşaçılar hər zaman sənətimdən, gördüyüm işlərdən danışsınlar. İnsanlara maraqlı deyil kiminsə şəxsi həyatı, kim nə etdi, nə iş gördü. pizza mizza
Nə yaxşı ki, o insan övladımın atasıdır. Kamili hamı tanıyır. Azərbaycanda iki “trener” varsa, onlardan biri Kamil Zeynallıdır. Həm işi, həm də elədiyi yaxşı əməllər baxımından. Çox gözəl münasibət dostluqdan da ötəridir. Bəzən elə dostluqlar var ki, bir müddətdən sonra ötür keçib, gedir. Amma normal münasibət, o daha gözəldir”.
Qeyd edək ki, Gülay və Kamil Zeynallı cütlüyünün Sahilə adlı qız övladı var.
Telegram kanalımız